Lənkəran şəhər İcra Hakimyyətinin başçısı Taleh Qaraşov Lənkərandan olan şəhidlərin məzarlarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində verir.
Belə ki, icra başçısı ilə yanaşı, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhid Elməddin Məmmədlinin və Ramid Əliyevin məzarlarına baş çəkibkər. Həmçinin qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub. Mərasimdə Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Qeyd edək ki, Elməddin Məmmədli və Ramid Əliyevin hər biri ölümdən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif ediliblər.