Bu gün Lənkərandan olan şəhid Əliyev Ramid Kamal oğlunun doğum günüdür.
Ramid Əliyev 1996-cı ildə fevralın 9-u Şağlaser kəndində anadan olub. Vətən müharibəsi zamanı, 26 oktyabr 2020-ci il tarixdə Qubadlı istiqamətində şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.