Lənkəranda Qala Xiyabanıda yerləşən parkın oturacaqları yararsız hala düşüb. Bu haqda bu gün, 1 mart tarixində Cenublu.az xəbər verir.
Belə ki, parkın ərazisində yerləşən oturacaqların üstü dağılıb, taxtalar sökülüb. Oturacaqların qalan hissələrini isə mamır bağlayıb.
"Gəlib oturmağa yer tapmırıq. Uşaqlar buz daşın üstündə oturmalı olurlar", - deyə sakin bildirib.