Lənkəran şəhərinin Şağlaser kəndində yanğın hadisəsi baş verib.
Cenublu.az FHN-yə istinadən xəbər verir ki, ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları 30 kv.m sahədə və içərisinə yığılan 1,5 ton ot bağlaması yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.