Lənkəran şəhərinin Girdəni kəndində yanğın hadisəsi baş verib.
Cenublu.az Fövqəladə Hallar Nazirliyin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ümumi sahəsi 400 kv.m olan talvarın altında yığılan karton qutular 200 kv.m sahədə yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Talvar və talvarın altında yığılan 20 ton düyü yanğından mühafizə olunub. Alov söndürülüb.