Lənkəranda intensiv yağan yağışlar yaşayış yerləri ilə yanaşı qəbiristanlıqlarda da fəsadlar törədib.
Cenublu.az xəbər verir ki, rayonun Şiləvar kəndi ərazisində yerləşən "Yeni qəbiristanlıq" yağış suları ilə dolub. Onlarla məzar su altında qalıb, qəbirlərə ziyan dəyib. Hazırda FHN-nin Cənub Regional Mərkəzinin aidiyyəti qurumları ərazidədirlər. FHN əməkdaşları qəbiristanlıqdan suyun çəkilməsi istiqamətində çalışırlar.
Görülən tədbirlər nəticəsində məzarlıqda yığılıb qalan yağış suları ərazidən kənarlaşdırılır.
Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.
