Lənkəranda KOBİM "Xoşbəxtlik və həyat məmnunluğu: iqtisadi-psixoloji yanaşma" mövzusunda təlim keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 sentyabr tarixində verir.
Təlimdə Lənkəran gənclərinə "İnsan həyatda nə üçün yaşayır?", "Onun dünyada mövqeyi nədən ibarətdir?", "İnsanın xoşbəxtliyi nədədir?", "İqtisadi xoşbəxtlik", "Psixoloji xoşbəxtlik" və s. mövzular haqqında məlumat verilib.
Qeyd edək ki, təlim KOBİM-in təlimçi eksperti olan Həsən Rəhimlinin təqdimatında baş tutub.