Lənkəranda Beynəlxalq Sahilyanı Təmizlik Günü kampaniyası çərçivəsində Xəzər dənizinin sahilləri gənclərin dəstəyi ilə tullantılardan təmizlənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 sentyabr tarixində verir.
Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd olunan aksiya yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü layihəsidir.
Qeyd edək ki, Azərbaycan artıq 13-cü ildir ki, bu kampaniyaya qoşulur. Əvvəlki illərdə Xəzər dənizinin çimərliklərinin ümumilikdə 55 hektardan çox ərazisi təxminən 45 ton məişət tullantısından təmizlənib.