Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Alazəpin, Ürgə və Şiləvar kəndlərində şəhidlərin məzarlarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 noyabr tarixində verir.
Mərasimdə icra başçısı ilə bərabər, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər. Anım günündə gerçəkləşən ziyarət zamanı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib.
R.Hadiyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid Z.İbadzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.
E.Cəfərzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.