Lənkəran İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada uşaqların növbəti icbari dispanserizasiyası təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 noyabr tarixində verir.
Belə ki, müayinə zamanı şagirdlərə ümumi baxışdan əlavə, həkim-oftalmoloq, stomatoloq, cərrah və terapevt tərəfindən tibbi xidmət göstərilib. Daha sonra xəstəlik aşkar olunan uşaqların tibb müəssisəsində müalicələrinin davam etdirilməsi barədə məktəb rəhbərliyinə bildirilib.
Qeyd edək ki, tibbi müayinələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə həyata keçirilib.