Lənkəran şəhərində 2 nömrəli ailə tipli kiçik qrup evində uşaq və yeniyetmələrlə görüş və maraqlı idman tədbiri təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 noyabr tarixində verir.
Görüşdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, rəis müavini Könül Manafova və könüllülər iştirak ediblər. Burada məqsəd aztəminatlı ailələrin övladları ilə yanaşı, valideyn himayəsindən məhrum olmuş uşaqların asudə vaxtının təşkili, onların sağlamlığının qorunması və idmana olan marağın artırılmasıdır.
Qeyd edək ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə keçirilən tədbirə Beynəlxalq dərəcəli hakim, məşqçi-müəllim Məmməd Məmmədov və Fəzail Əbilov rəhbərlik ediblər.