Lənkəran rayonunun Liman şəhərində yerləşən 3 saylı bağça yararsız vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 avqust tarixində BakuTV-yə istinadən verir.
Sakinlər bildiriblər ki, qəzalı vəziyyətdə olan bağça uşaqlar və müəllimlər üçün təhlükə yaradır.
“Qışda burada qalmaq olmur. Uşaqlar qızınmaq üçün evlərindən gətirdikləri odunu yandırırlar. Yayda da adam yerdən ilanın çıxmasından qorxur”, – deyə şəhər sakini bildirib.
Astara Regional Təhsil İdarəsi bildirib ki, müvafiq qurumlar tərəfindən bağçaya baxış keçirilib, yeni binanın tikilməsi nəzərdə tutulub.