Lənkəran şəhərinin Heydər Əliyev prospektində aşkarlanan meyitin kimliyi müəyyən olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində Apa.az-a istinadən verir.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata əsasən, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində meyiti aşkar olunmuş şəxsin Lənkəran şəhər sakini, 53 yaşlı Cahangirov Əli Eldar oğlu olduğu müəyyən olunub.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam edir.