Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsində yanğın qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 sentyabr tarixində verir.
Ümumi sahəsi 25 kv.m olan təndirxananın içərisinə yığılan taxta qırıntıları 5 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Təndirxananın qalan hissəsini yanğından mühafizə etmək mümkün olub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.