Avtomobili cərimə meydançasına aparılan sürücü özünü körpüdən atmaq istəyib. Bu haqda bu gün, 3 mart tarixində Cenublu.az xəbər verir.
Şahidlərin sözlərinə görə, avtomobili cərimə meydançasına aparılan sürücü özünü Dəmiryol vağzalında yerləşən piyada keçidi körpüsündən atmaq istəyib. O bildirib ki, konflikti yarandığı LŞRP DYP əməkdaşının hadisə yerinə gələcəyi təqdirdə aşağı enəcək. Dəmiryol vağzalına dərhal digər polis əməkdaşları cəlb olunublar.
Qeyd edək ki, avtomobilin cərimə meydançasına aparılmasının səbəbi avtomobildə qeyri-qanuni dəyişikliklərin olmasıdır.