Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəranda fəaliyyət göstərən ictimai iaşə müəssisələrində yoxlama aparıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 noyabr tarixində verir.
Belə ki, monitorinq zamanı Lənkəran şəhəri, N.Gəncəvi küçəsində yerləşən "La Vie" şirniyyat evində nöqsanlar aşkarlanaraq, icrası məcburi göstərişlər verilib.