Lənkəranda şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Qorxmaz Kamil Kadusi ilə görüş baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində verir.
Görüş zamanı şairin yeni kitablarının təqdimat mərasimi keçiriləcək. Tədbir 11 noyabr saat 11:00-da Lənkəran şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin binasında baş tutacaq.