Vətən müharibəsi şəhidi Qüdrət Tofiq oğlu Məmmədzadənin doğum günündə məzarı ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 sentyabr tarixində verir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları və yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəmanın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Ölümündən sonra Qüdrət Məmmədzadə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.