Lənkəranda şəhid Ehtiram Hüseynovun anası səsvermədə iştirak edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 fevral tarixində APA-ya istinadən verir.
Şəhid anası Ümbulbani Hüseynova səhhəti ilə bağlı seçki məntəqəsinə gedə bilməyib. Seçki qutusu şəhid anasının evinə aparılıb. O, 77 saylı Lənkəran seçki dairəsinin 10 saylı məntəqəsi üzrə səs verib.
Ü.Hüseynova qeyd edib: "Müraciətimi qəbul etdiyinizə görə təşəkkür edirəm, seçkilərdə iştirak etmək arzum idi. Azərbaycanın gələcəyinə, xoşbəxtliyinə səs verdim. Bir oğul itirdim, min oğul qazandım".
Xatırladaq ki, Ehtiram Hüseynov Vətən müharibəsində şəhid olub.