Sahibsiz itlər Lənkəran sakinləri üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Cenublu.az-a daxil olan şikayətdə bildirilir ki, şəhərin Azad Mirzəyev küçəsində yerləşən keçmiş Dəri zöhrəvi xəstəxanasının binasının qarşısında sahibsiz itlər sürü halında gəzirlər. İtlərin “əlindən” nəinki məktəblilər, hətta böyüklər də narahatdırlar.
“Bu itlər bəlkə də quduzdular. Səhər uşaqlar məktəbə gedəndə onlara hürürlər. Uşaqlar da qorxur. Problemə bir çarə tapılsa sevinərik” – deyə sakinlərdən biri bildirib.