Sahibsiz itlər ucbatından Lənkəran şəhərində sakinlər küçələrə çıxa bilmirlər.
Lənkəran şəhəri, M.M.Axund küçəsinin sakinləri tərəfindən Cenublu.az-a daxil olan məlumata görə, itlərin yaratdığı təhlükə ilə əlaqədar valideynlər övladlarını məktəbə təkbaşına göndərməyə qorxurlar.
Təqdim edəcəyimiz videoda da itin sakit və hərəkətsiz şəkildə dayanan vətəndaşın üzərinə hücum etdiyini görmək olar.
Şikayətçilər aidiyyəti qurumlar tərəfindən tədbir görülməsini xahiş edirlər.