Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Lənkəran ərazisində qida sahəsində fəaliyyət göstərən müəssisələrdə həyata keçirilən monitorinqlər zamanı nöqsanlar müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 sentyabr tarixində verir.
Belə ki, Lənkəran rayonu, Ürgə kəndində yerləşən "Saleh" marketində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi kimi nöqsan aşkarlanıb. Həmçinin eyni kənddə fəaliyyət göstərən "Lumu" restoranında qeyd olunmuş nöqsandan əlavə, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması müəyyən olunub.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.