Lənkəran şəhəri sakinlərindən Cenublu.az-a şikayət daxil olub.
Bildirilib ki, Heydər Əliyev küçəsində, “Xəzər” marketin qarşısındakı yolda yerləşən ağac quruyub və hər an sına bilər.
Sakinlərin sözlərinə görə, həmin yoldan Sutamurdov kənd tam orta məktəbinin şagirdləri də keçirlər və baş verə biləcək hadisədə onların həyatı təhlükə altında olacaq.
Aidiyyəti qurumlardan bu məsələ ilə bağlı tədbir görmələri xahiş edilib.