Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Lənkəran rayonunda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində bir sıra nöqsanlar aşkar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 sentyabr tarixində verir.
Belə ki, Lənkəran şəhəri, Mirmustafaxan küçəsində yerləşən Həsənzadə Rəvan Pənah oğluna məxsus ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.