Lənkəranda qanunsuz ağac emalı ilə məşğul olan sex aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 noyabr tarixində verir.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional İdarəsi əməkdaşlarının keçirdikləri birgə tədbirlərlə obyektə baxış zamanı fıstıq və qızılağac növlü ağacların ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin tələbləri pozularaq emal edildiyi müəyyən edilib.
Sexin sahibi, Lənkəran şəhər sakini, 62 yaşlı R.Nəzərov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub.