Lənkəran rayonu ərazisində keçirilən tədbirlər nəticəsində qanunsuz əldə edilmiş qızılağac cinsli meşə materialı aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 noyabr tarixində verir.
Belə ki, qanunsuz yolla əldə edilmiş 2,5 kubmetr həcmində material Ş.Əlizadəyə məxsus “Mercedes” markalı avtomobilin yük yerində aşkarlanıb.
Faktla bağlı protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub.