top
Lənkəranda qadından bacılarına ittiham: Qızıma deyiblər ki, anan pozğundur
05 dekabr 2024, 05:34
- ↺ +

Lənkəranda qadından bacılarına ittiham: "Qızıma deyiblər ki, anan pozğundur"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda 3 qadın xüsusi ittiham qaydasında rayon məhkəməsinə müraciət edib.

Publika.az xəbər verir ki, şikayətçi qadınlar 1983-cü il təvəllüdlü Gülbəniz Quliyevanın (adlar şərtidir) "TikTok" sosial şəbəkəsində onları təhqir etdiyini, barələrində həqiqətə uyğun olmayan məlumatlar yaydığını bildirib.

Məlum olub ki, şikayətçi qadınlardan ikisi Gülbənizin bacısı, biri isə Gülbənizin bacısının qayınanasıdır. Onlar Gülbənizin nevroloji problemlərinin olduğunu, sosial şəbəkələrdə şər-böhtan xarakterli sözlər danışdığını və həbs edilməsinin vacibliyini bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, bacılar arasında münasibətlər bir neçə ildir pisləşib. Gülbəniz atası evində, digər bacılar isə öz ailələri ilə birgə yaşayır.

G.Quliyeva ifadəsində bacısının onun həyatını məhv etdiyini, cinsi təcavüzə məruz qoyduğunu iddia edib: “Əksinə, xüsusi ittihamçılar mənə qarşı qanunsuz hərəkətlər edib, kənddə mənim üzümə tüpürdülər, qızıma deyiblər ki, anan pozğundur. 8 dəfə buna görə “102” Xidmətinə zəng də etmişəm, lakin nəticəsi olmayıb. Haqsızlıqlar barədə “TikTok” sosial şəbəkəsində paylaşma etdim. İş o dərəcəyə çatdı ki, işlədiyim “Düşpərə” restoranın müdiriyyəti məni işdən çıxardı. Bacım Sevər (şərti adlı) mənim uşağımı vurduğuna görə onun qayınanasına şikayət etmişəm. Sərvət adlı həyat yoldaşım vardı. Digər bacım Səhanə (şərti adlı) onunla münasibət qurub sevgili oldu, onları yataqda tutmuşam. Buna görə də Sərvətdən boşandım. Bacım Sevər məni Zaur adlı şəxsə ərə vermək istəyirdi. Buna görə də Sevər məni Bakı şəhərində, “Neftçilər” metrostansiyasının yanındakı əxlaqsızlıq yuvasına apardı. Zaur məni orada zorladı. Bundan əvvəl isə həb verib məni yatırdıblar”.

G.Quliyevaya Zaurla bağlı iddiasına görə sual verildikdə, o, həmin şəxsdən polisə şikayət etmədiyini bildirib.

Lənkəran Rayon Məhkəməsi araşdırmalardan sonra 26 noyabr tarixində Gülbəniz Quliyevaya hökm elan edib.

O, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi (Böhtan) ilə təqsirli bilinərək 1300 manat cərimə cəzasına məhkum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər