Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqların birindən 30-dan artıq məzarın ətrafına çəkilən metal məhəccərləri oğurlamaqda şübhəli bilinən şəxs müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində verir.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Roman Kornev saxlanılıb.
Oğurladığı məhəccərlər onun gizlətdiyi yerdə aşkarlanıb və məzarların ətrafının bərpa olunması təmin edilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.