Lənkəran Gənclər Evində “Peyvənddən qorxmayaq, peyvəndlə qorunaq” adlı təlim baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində verir.
Görüşdə tibb bacısı Jalə Səlimova və həkim-pediatr Südabə Əliyeva iştirak ediblər. Onlar vaksinasiyanın vacibliyindən, yoluxmadan qorunma yolları, profilaktik tədbirlər və gigiyenik qaydalara əməl etməklə bağlı tədbir iştirakçılarına geniş məlumat veriblər.
Yekunda iştirakçılara mövzu ilə bağlı bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.