Lənkəranda ana və oğlu eyni gündə dünyasını dəyişiblər.
Cenublu.az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Lənkəran sakini Seyran Cəfərli Bakı şəhərində vəfat edib. Oğlunun ölüm xəbərini eşidən anası Məhrəba Cəfərova da həmin gün həyatını itirib.
Həm ana, həm də oğlu Lənkəran rayonunda dəfn ediliblər.
Qeyd edək ki, Seyran Cəfərli Lənkəran rayonunun A.Əliyev adına Havzava kənd tam orta məktəbinin direktoru Fikrət Cəfərovun və Lənkəran Şəhər İcra Hakimiyyətinin Hirkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüstəm Cəfərovun qardaşıdır.