Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Osakücə meşəbəyliyində ağacəkmə aksiyası keçirilib.
Azərtag.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan aksiyada Lənkəran ŞİH-nin rəsmiləri, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 1 saylı Regional Meşə Təsərrüfat Mərkəzinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində 1 hektar ərazidə 3300 ədəd dəmirağacı tingi əkilib, onlara aqro-texniki qulluq göstərilib və suvarılması təmin edilib.