Lənkəranda "İdman hamı üçün" layihəsi çərçivəsində “Mənim ailəm” devizi altında tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 oktyabr tarixində verir.
“Sağlam məhəllə” idman zonasında uşaq və yeniyetmələr əyləncəli idman oyunlarında iştirak ediblər.
Tədbirin təşkilində məqsəd kütlə arasında idmanın təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtının səmərəli təşkili olub.
Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib.