Lənkəranda sahibsiz itlərlə bağlı müraciətlər səngimir. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 sentyabr tarixində verir.
Sakinlərin sözlərinə görə, məktəb yollarında, küçələrdə, ictimai yerlərdə itlər sürü halında gəzirlər və insanlara hücum edirlər:
“O gün qızım nənəsi ilə məktəbdən gələndə onlara 10 it hücum çəkib. Yolla keçən maşınlardan birinin sürücüsü dayanıb və itləri qovub”.
“Dünən səhər dərsə gedəndə 3 it arxamızca düşüb. Bu itlər birinə zərər versə, bunun cavabını kim verəcək?”
“Müəllimlər binasının ətrafında itlər adamın üstünə sürü şəklində cumur, 10-15 it birdən”.