Lənkəran KOBİM “Fandreyzinq fəaliyyəti nədir” mövzusunda maarifləndirici təlim keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 noyabr tarixində verir.
Sessiyaya 5 nəfər sahibkar və biznesə yeni başlamaq istəyən şəxs qatılıb.
Tədbirdə iştirakçılarla fandreyzinq və onun növləri, istiqamətləri, fandreyzinq kanalları və eyni zamanda alətləri barədə müzakirələr aparılıb. Həmçinin onlara SWOT və SMART təhlillər, daxili və xarici mühitin təhlili barədə ətraflı məlumat verilib. Daha sonra mövzular ətrafında suallar cavablandırılıb.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər pulsuzdur.