top
Lənkəranda kiloqramı 2400 manata olan çay satılır
29 noyabr 2023, 05:33
- ↺ +

Lənkəranda kiloqramı 2400 manata olan çay satılır

Lənkəranın çay bazarında müxtəlif çay sortları satılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 noyabr tarixində Oxu.az-a istinadən verir.

Fermer Əsəd Nəsirov bildirib ki, altı növ çayları var və kiloqramının qiyməti 120-210 manat arasında dəyişir:

“Onlar 50, 100 və 250 qramlıq qablaşdırılır və ölkəmizdə satılır. Dünyanın hər yerində yüksək dağlıq ərazidə yerləşən çay plantasiyalarındakı məhsullar bahalı olur. Bizim çay plantasiyamız da dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. Həmin çaylar daha keyfiyyətlidir. Bu cür çaylar inci, qızıl buketlər formasındadır. Onların bir kiloqramının qiyməti 800-1200 manat arası dəyişir”.

Ə.Nəsirov deyir ki, kiloqramı nəinki 400, hətta 2400 manata olan çaylar da var:

“Bu çaydan az miqdarda yığılır. 35 hektarlıq ərazidən il ərzində 60-70 kiloqram buketlər yığılır və emal edilir. Onlar iyulun 15-dən avqustun 15-nə kimi yığılır. Bu çayların tərkibi tanin və kofeinlə zəngindir”.

O qeyd edib ki, həmin çaylar satılmır:

“Heç alan da yoxdur. Əgər kimsə bu çaydan hədiyyə etmək istəsə, 50 qram və ya 100 qram alır. İl ərzində maksimum 800-900 qram satılır. Artıq bu ildən sonra həmin çayı da emal etməyəcəyik. Bəlkə bu çay ixrac edilsə, satılar. Avropada həmin tip çayların qiyməti 4000-4500 avrodur”.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycanda qiyməti 400 manat və daha baha olan çayların xarici bazarda satılması üçün təbliğat aparılmalıdır:

“Azərbaycan çayı dünya bazarında satılır. Mən özüm də xaricdə çaylarımızın satışına rast gəlmişəm. Amma bahalı çayın dünya bazarlarında satılması üçün məhsulu təyinatı üzrə alıcıya çatdırmaq lazımdır. Bunun üçün ciddi reklam, təbliğat aparılmalıdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda çay plantasiyalarının salınması üçün yerlər məhduddur:

“Sadəcə Astarada, Lənkəranda iqlim uyğundur və çay yetişdirmək üçün yerlər var. Ucuz çayı Çin, Hindistan və Şri-Lanka istehsal edir. Çünki orada torpaq, iqlim buna uyğundur. Biz düşünməməliyik ki, bu cür çay istehsal edib satsaq, dünyada Çin, Hindistan və Şri-Lanka ilə rəqabət aparacağıq. Onları dünya çay istehsalçıları kimi tanıyır”.

X.Kərimli əlavə edib ki, ölkəmizdə bizim marka adı ilə satılan çaylar da var ki, onları xaricdən gətirib qablaşdırırlar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Bu gün, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
Bu gün, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
Bu gün, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Bu gün, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Bu gün, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Bu gün, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
Bu gün, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Kriminal
Bu gün, 12:15

Lənkəranlı söyüşə görə qardaşını öldürüb - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 11:37

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Bu gün, 11:00

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
Bu gün, 10:26

Bu gündən əsgərlər ehtiyata buraxılır

Kriminal
Bu gün, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Bu gün, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
Dünən, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
Dünən, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
Dünən, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
Dünən, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
Dünən, 14:30

İgid şəhidimizin anım günüdür

Kriminal
Dünən, 13:50

DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənildi

Oxşar xəbərlər