Lənkəran rayonu, Vel kəndində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda tədbir təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 oktyabr tarixində verir.
Tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün sürücülük vəsiqələrinin alınmasının zəruriliyi bildirilib. Bundan əlavə, kiçikhəcmli gəmi sürücülərinə kollektiv və fərdi xilasedici vasitələr və naviqasiya avadanlıqlarının istifadə qaydaları haqqında məlumat verilib.
Tədbirin sonunda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında broşürlər paylanılıb.