Lənkəranda Zəfər Gününə həsr olunmuş "Qarabağ Azərbaycandır" adlı şeir müsabiqəsinə yekun vurulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 noyabr tarixində verir.
Müsabiqə Mərkəzi Kitabxanada keçirilib. Burada məqsəd gəncləri vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə etməkdir.
Tədbirdə kitabxananın direktoru Arzuyə Rufullayeva, gənc müğənni Allahverən Pərvizoğlu, şairə Zəminə Məmmədova və Əfsanə Sultan iştirak ediblər.
Sonda qaliblərə fəxri fərmanlar təqdim edilib.