Lənkəran rayonu V.Qasımov adına Digah kənd tam orta məktəbində elektrik enerjisi ilə bağlı problem yaşanır.
Cenublu.az-ın redaksiyasına daxil olan şikayətdə bildirilir ki, təhsil ocağının bir hissəsində işıq var, digər hissəsində isə yoxdur. Səbəb kimi transformatorun tələb olunan gücdə çalışmadığı göstərilir.
Məsələ ilə bağlı kənd sakinləri aidiyyəti qurumlara müraciət ediblər və problemin aradan qaldırılmasını gözləyirlər.