Lənkəran şəhərində IV Sevil Beynəlxalq qadın sənədli film festivalı start götürəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 sentyabr tarixində verir.
Belə ki, “Sevilfest”in açılışı 16 sentyabr saat 14:00-da “O biri otaq”da baş tutacaq. Açılış zamanı iştirakçılar “Mənim adım Mutludur” filmini izləyəcəklər.
Filmin müddəti 82 dəqiqədir. Filmdə baş rolları Ayşe Toprak və Nik Rid oynayıblar (Birləşmiş Krallıq, Türkiyə)
Saat 16:30-da isə rejissor Mətləb Muxtarovun “Kino və Mifologiya” adlı mühazirəsində mifologiyanın kinodakı rolu müzakirə olunacaq.