Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Lənkəran şəhərində Azərbaycan ilahiyyatçılarının forumunun açılış mərasimi baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 avqust tarixində verir.
24-25 avqust tarixlərini əhatə edən forum çərçivəsində bir sıra mövzularda müzakirə panellərinin təşkili, müxtəlif məruzələrin dinlənilməsi, mütəxəssislər arasında diskussiyaların keçirilməsi nəzərdə tutulub.