Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Lənkəran ərazisində qida sahəsində fəaliyyət göstərən ictimai iaşə müəssisələrində həyata keçirilən monitorinqlər zamanı nöqsanlar müəyyən olunub.
Belə ki, Lənkəran rayonunun Cil kəndində yerləşən "Cil" marketdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu kimi nöqsanlar müəyyən olunub.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.