Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Lənkəran ərazisində qida sahəsində keçirilən monitorinqlər zamanı nöqsanlar müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 sentyabr tarixində verir.
Belə ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən "Limon" restoranında obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi aşkarlanıb. Həmçinin şəhərin Q.Xiyabani küçəsində yerləşən "Maraka Playstation Club"da qeyd olunmuş nöqsandan əlavə, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması müəyyən olub.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.