İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Lənkəranda icra olunacaq plastik məmulatların istehsalı layihəsinə 195 min manat güzəştli kredit ayırıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 oktyabr tarixində Report.az-a istinadən verir.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, vəsait "Miran-19" MMC-yə verilib.