Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunda yoxlama keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 dekabr tarixində verir.
Monitorinq zamanı rayonun N.Gəncəvi küçəsində və Gərmətük kəndində yerləşən heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkar edilib. Nəticədə obyektlərin sahiblərinə (Elçin Babayev, Fariz Əsgərov və Allahşükür Həsənov) inzibati protokol tərtib edilib.