Lənkəran rayonundakı ümumtəhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri üçün seminar baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 dekabr tarixində verir.
Seminarda dərsdinləmə vərəqləri üzrə təlimatlar, məktəblərdə metodik xidmət göstərmək üçün lazım olan bacarıqlar, real öyrənmə mühitinə və müzakirələrə cəlb olunmaqla təcrübə mübadiləsi aparılıb.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir tədrisin keyfiyyəti sektorunun əməkdaşları tərəfindən təşkil olunub.