Şirvan Apellyasiya Məhkəməsində Lənkəranda adam bıçaqlamaqda təqsirləndirilən Ramin Təhməzovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib.
Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 7 fevral 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu, Mamusda kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1989-cu il təvəllüdlü Ramin Təhməzov aralarında yaranmış münaqişə zəminində dayısı, 73 yaşlı İltifat Rufiyevi bıçaqlayıb. Kürək, boyun və sinəsindən bıçaq xəsarətləri alan İltifat Rufiyev xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.