top
Lənkəranda çalışan qastroenteroloq: “Burada ən çox rastlaşdığım xəstəliklər qastrit, qəbizlik və qara ciyər sirrozudur” – ÖZƏL MÜSAHİBƏ
02 yanvar 2025, 05:12
- ↺ +

Lənkəranda çalışan qastroenteroloq: “Burada ən çox rastlaşdığım xəstəliklər qastrit, qəbizlik və qara ciyər sirrozudur” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cenublu.az-ın bugünkü müsahibi qastroenteroloq, hepatoloq həkim Köçəri Köçərlidir.

Müsahibəni təqdim edirik:

- Köçər bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1994-cü ildə dünyaya göz açmışam. Əslən Qubadlı rayonundanam. İşim ilə əlaqədar Lənkəranda Gərmətük qəsəbəsində yaşayıram.

- Qastroenteroloq olmağa necə qərar verdiniz? Bu sahəyə olan marağınız necə başladı?

- Universitetin son kursunda qərar verdim ki, bu sahəyə yönələcəyəm. Bacarıqlarımın daha çox olduğunu praktik olaraq gördüm.

- Qatsroenteroloji xəstəliklərin müalicəsi üzrə hansı xüsusi təhsili və təcrübəni qazandınız?

- Rezindentura təhsili müddətində bir çox özəl və dövlət xəstəxanalarında praktik işlə məşğul oldum. 2022-ci ildə Ege Universiteti Xəstəxanasında üç aylıq hepatologiya, 2022-2023-cü illərdə Bursa Uludağ Universiteti Xəstəxanasında 8 aylıq qastroenterologiya üzrə kurslarda iştirak etmişəm.

- Həkim olaraq təcrübənizdə sizi ən çox maraqlandıran və çətinlik yaradan xəstəlik hansıdır?

- İltihabi bağırsaq xəstəliklərindən olan chron (kron) xəstəliyi mənə görə ən çətin xəstəliklər qrupudur. Çünki bütün həzm traktı - ağızdan anal kanala kimi zədələnir. Eyni zamanda qəbizlik yaradır.

- Bir qastroenteroloq olaraq sizin ən çox istifadə etdiyiniz və etibar etdiyiniz müalicə metodları hansılardır?

- Tək qastroenteroloq yox, digər ixtisas həkimləri də daha çox EASLE çıxardığı qaydalar əsasında müalicə prinsiplərinə əsaslanır. Bir də beynəlxalq saytlar var ki, orada son məlumatları izləyirik.

- Təcrübəniz əsasında qatsroenteroloji xəstəliklərin önlənməsi üçün hansı tövsiyələri verirsiniz?

- Mədə-bağırsaq xəstəliklərində əsasən az miqdarda və içərisində zəngin (zülal və lifli qidalar) qida elementləri olanlara üstünlük verilməsini və çox hərəkət etməyi, bol su içməyi tövsiyə edirik. Və vaxtında, ələlxüsus 40 + yaşda olanların, eyni zamanda ailəsində həzm traktı onkologiyası olanların heç bir şikayəti belə olmadan yoxlanışlardan keçməsi tövsiyə olunur. Yaş artdıqca xəstəliklərin aqressivliyi artır.

- Cənub bölgəsində çalışırsınız. Burada ən çox rast gəldiyiniz qatsroenteroloji xəstəliklər hansılardır?

- Ən çox rastlaşdığımız xəstəlik əsasən qastrit şikayətləridir. 2-ci ən çox rastlaşdığımız isə funksional qəbizlik, 3-cü ən çox gördüyümüz hepatit virusları ilə bağlı qaraciyər sirrozudur.

- Hansı qatsroenteroloji xəstəliklərin ilkin əlamətləri insanlar tərəfindən çox vaxt gözardı edilir?

- Yuxarıda qeyd etdiyim kimi az və içərisi zəngin qidalarla qidalanmaq, çox hərəkət etmək tək həzm orqanları xəstəliklərindən deyil, bütün xəstəliklərdən qoruyur. Mədənin özünün həcmi var.  Ortalama artıq qida yemək onun funksional olaraq işini çətinləşdirir.

Səbəbsiz arıqlama çox gözardı edilən bir problemdir. Əgər bir şəxs normal qidalanırsa, məqsədli çəki itkisi olmasını istəmirsə və 40 + yaşa sahibdirsə, onkoloji yönündən araşdırılmalıdır. 2-ci ən çox gözardı edilən şey qara nəcisdir (əgər xəstə dəmir tərkibli dərman, kömür dərmanı və bəlli antibiotiklər qəbulu etmirsə) ki, bu hal mədə və 12 barmaq bağırsağından qanama olduğunu göstərir. Bu qrup xəstələr əsasən qan durulducu istifadə edənlər də olur. Əgər qan durulducu qəbul etmədən olursa, onkologiya tərəfindən araşdırılması məqsədilə endoskopiya olunmalıdır.

- Qatsroenteroloji problemlərin müalicəsində pəhrizin rolu nə qədər əhəmiyyətlidir?

- Qaraciyər xəstəliklərində bu, özünü daha çox büruzə verir. Rahat həzm olunan qidalar mədədə çox çətinlik törətmədikləri üçün daha yaxşıdır.

- Xəstələrin özlərində olan simptomları düzgün müəyyən etmələri üçün hansı tövsiyələri verirsiniz?

- Xəstəliyin tam diaqnozu üçün instrumental müayinə üsulları həmişə önəmlidir. Bu da bizim ixtisasda video qeydiyyatı ilə olan endoskopik və kolonoskopik müayinə üsullarıdır. Endoskopik müayinə üsulunda alətin ön ucunda kamera var. Daxilə qəbul edilərək həzm traktını içəridən tam olaraq gözlə dəyərləndirməyə və yekun diaqnoza tam imkan yaradır. 

- Qatsroenteroloji xəstəliklərdə müalicə müddəti necə dəyişir?

- Xəstəliyə görə müalicə müddəti dəyişə bilər. Məsələn, qaraciyər xəstəliklərində 3 aydan 10 ilə kimi olduğu halda, qastrit şikayətlərinə görə müalicə bir neçə ay, iltihabı bağırsaq xəstəliklərində (xorali  kolit kron) isə ömürlük olur.

- Qatsroenteroloji sahədə gələcəkdə hansı yeni müalicə üsullarını gözləyirsiniz? Xəstəliklərin daha yaxşı müalicəsi üçün tibb sahəsində hansı inkişaflara ehtiyac var?

- Qatsroenteroloji müalicədə hazırda elmi araşdırmalar aparılır. Hər zaman yenilənən müalicə üsulları olur. ABŞ-də bəzi xəstəliklərin müalicəsində süni intellektdən belə istifadə edilir. İnvaziv müalicə olan endoskopiya robotik cərrahiyə sahədən demək olar ki, piki gördü. Heç bir xarici kəsik olmadan yalnız ağızdan və anal nahiyədən girməklə bəlli qruplarda olan onkoloji xəstələrin orqanı qorunmaqla (yəni yerində saxlamaqla) onkoloji dəyişikliyə uğramış toxumanı azad etmək olur.

- Yeni texnologiyaların, məsələn, gen terapiyasının qatsroenteroloji xəstəliklərin müalicəsində necə bir rolu ola bilər?

- Gen terapiyası tam araşdırılmayıb, bu mövzuda nə isə demək doğru deyil.

- Zərərli qidalar, “fast food” və digər oxşar qidalar qatsroenteroloji sağlamlığımıza necə təsir edir?

- Zərərli qidalar deyilən bir məfhum yoxdur. Məsələn, həddindən artıq ədviyyatlı yemək bizim üçün zərərli sayılsa da, Hindistanda, Pakistanda ədviyyatsız qida yoxdur. Hər qidadan az miqdarda qəbulu məqbuldur. Hər hansı qidaların həddən artıq qəbulu da problem yaşadır. Məsələn, ətin həddən artıq qəbulu podaqra xəstəliyi yarada bilər. Bununla yanaşı, böyrəkdə daş da yarada bilir. Həddən artıq süd məhsullarını qəbul etmək sümük problemi xəstəlikləri yaradır.

Zərərli vərdişlər (alkoqol qəbulu, tütün məhsullarının istifadəsi) həzm traktına təsir edir.

- Bu sahənin nə kimi problemləri var?

- İki böyük problem var. İlk olaraq qeyd edim ki, qastroenteroloq dedikdə yalnız mədə-bağırsaq xəstəlikləri nəzərdə tutulur. Amma qaraciyər xəstəliyi də bizim ixtisasa daxildir. Çox xəstələr tərəfindən bilinmədiyindən, buna görə çətinlik çəkirlər.

2-ci isə xəstələrin endoskopik müayinədən qorxmalarıdır. Yaxınları və bu haqda bilikləri olmayan şəxslər onlara qorxulu proses olduğunu deyiblər. Halbuki belə bir şey yoxdur. Tam dəqiq müayinə üçün endoskopik müayinə şərtidir. Bu müayinə süalandırmır, onkoloji xəstəlik törətmir, istifadə edilən boruların diametrləri  bağırsaq və qida borusu diametrindən çox balacadır.

Nəzrin Vahid 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər