Lənkəran KOBİM tərəfindən KOB subyektləri üçün “Brendləşmə və brendin tanıdılması” mövzusunda maarifləndirici təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 dekabr tarixində verir.
Təlimlərdə 13 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti tərəfindən təlimdə satışı artırmaqda brendləşmənin rolu, müştəri sadiqliyinin artırılması, xidmətin standartlaşdırılması mövzularında ətraflı məlumat verilib.
Təlimlərin sonunda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.