Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Lənkəran ərazisində qida sahəsində fəaliyyət göstərən ticarət və ictimai iaşə müəssisələrində həyata keçirilən monitorinqlər zamanı nöqsanlar aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində verir.
Belə ki, Lənkəran rayonunun Şovu kəndində yerləşən "042" market, "Şok" market və Osakücə kəndində yerləşən "Cənnət Xıl" restoranında obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi aşkar edilib. Həmçinin Sütəmurdov kəndində fəaliyyət göstərən "Dörd Fəsil" restoranında qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması müəyyən olunub. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.