Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Lənkəran rayonunda qida sahəsində fəaliyyət göstərən müəssisələrdə həyata keçirilən monitorinqlər zamanı 2 müəssisədə nöqsanlar müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 sentyabr tarixində verir.
Belə ki, Lənkəran rayonunun Şağlaser kəndində yerləşən "Ay İşığı" mağazasında obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu aşkarlanıb. Həmçinin Separadi kəndində Qasımov Rəşad Xəlil oğluna məxsus mağazada qeyd olunmuş nöqsanlardan əlavə, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması müəyyən olunub.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.